İnsanlara hürriyət, millətlərə istiqlal!

Sükan arxasında sürücünün halı pisləşdi, avtomobil avtobusa çırpıldı - VİDEO

477 12.03.2024 14:03 Hadisə A A

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qax rayonunun Dəymədağlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “Ford” markalı yük avtomobilinin sürücüsünün sükan arxasında halı pisləşib, idarəetməni itirib və maşın sərnişin avtobusu ilə toqquşub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR