İnsanlara hürriyət, millətlərə istiqlal!

Sui-qəsddən qurtulan Fitso: “Trampa qarşı törədilən də...”

543 15.07.2024 15:23 Dünya A A

Bu ilin may ayında sui-qəsd cəhdindən sağ çıxan Slovakiyanın baş naziri Robert Fitso ABŞ-ın keçmiş prezidenti Donald Trampa hücum ssenarisini “eyni” adlandırıb.

Musavat.com xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb.

Fitsonun sözlərinə görə, sui-qəsdin arxasında Trampın siyasi rəqibləri dayanır.

“Trampın siyasi rəqibləri onu qapatmağa çalışırlar. Uğursuzluğa düçar olanda hansısa zavallı silahı ələ alana qədər cəmiyyəti qızışdırırlar”, - deyə Slovakiya hökumətinin başçısı bildirib.

Robert Fitsoya sui-qəsd mayın 15-də Qandlova şəhərində baş verib. 71 yaşlı yazıçı Yuray Sintula icitmaiyyətlə görüş zamanı slovak liderə bir neçə dəfə atəş açıb. Fiko döş qəfəsindən, mədəsindən və qolundan yaralanıb, bundan sonra təcili xəstəxanaya yerləşdirilib və iki dəfə əməliyyat olunub. Hücum edən şəxs günahını etiraf edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR