İnsanlara hürriyət, millətlərə istiqlal!

Ştrayx Qurban Qurbanovla görüşündən danışdı

1782 04.11.2022 10:23 İdman A A

“Frayburq”un baş məşqçisi Kristian Ştrayx həmkarı Qurban Qurbanov barədə fikirlərini açıqlayıb.

Qol.az xəbər verir ki, Avroliqanın son turunda “Qarabağ”la matçdan (1:1) sonra keçirilən mətbuat konfransında bildirib:

“Vaxtım olsa, “Qarabağ”ı Konfrans Liqasında izləyəcəyəm. Komandada sağlam ab-hava var. Oyunlardan əvvəl izləyəndə görürdüm ki, “Qarabağ” hər qol vuranda ehtiyat oyunçular, məşqçilər heyəti – hamı sevinir. Bu göstərir ki, komandada hər şey çox yaxşıdır. Bu, mənim üçün vacib amildir. Möhtəşəm baş məşqçi Qurban Qurbanovun işi mənə çox maraqlıdır. O, 2008-ci ildən burada çalışır. Oyunlardan sonra başa düşdüm ki, niyə uzun müddətdir, bu komandadadır. Hazırda kifayət qədər oyunçumuz var. Həddən çox futbolçunu komandaya cəlb edə bilmərəm. Kadi Borges, Ovusu Kvabena və Abdullah Zubir çox güclü oyunçulardır”.

O, matçdan sonra Qurban Qurbanovla ayaqüstü söhbətinə də toxunub.

“Biz həmkarıq. Səmimi və dost kimi danışdıq. İlk oyundan sonra mənə müsbət emosiya ilə yanaşmışdı. Mən uduzsaydım, inanmıram ki, belə danışa bilərdim. Bəlkə, final fitindən sonra birbaşa paltardəyişmə otağına yollanardım” - deyə alman mütəxəssis bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR