İnsanlara hürriyət, millətlərə istiqlal!

Stoltenberq: NATO münaqişə bitdikdən sonra uzun illər Ukraynaya kömək etməlidir

665 07.04.2024 03:28 Dünya A A


“Kiyev və Moskva arasında münaqişə tezliklə bitsə belə, NATO uzun illər Ukraynanı dəstəkləməlidir”.

“Report” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “BBC”yə açıqlamasında deyib.

Onun sözlərinə görə, hətta NATO-nun ümid etdiyi kimi, Ukraynadakı münaqişə yaxın gələcəkdə bitsə belə, alyansın uzun illər Kiyevə dəstək verməsi lazım gələcək

“Bu, Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək və gələcək təcavüzün qarşısını almaq üçün tələb olunur”.

NATO-nun baş katibi qeyd edib ki, hazırkı mərhələdə o, Kiyevi heç bir güzəştə getməyə çağırmır və inanır ki, sülh yolu ilə nizamlanma yalnız Ukrayna üstünlük əldə etdikdən sonra mümkün olacaq.

Stoltenberq vurğulayıb ki, gələcək danışıqlarda məqbul nəticə əldə etmək üçün hansı kompromislərə getməyə hazır olacağına Kiyev qərar verməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR