İnsanlara hürriyət, millətlərə istiqlal!

Star Neft Emalı Zavodunun fəaliyyəti müvəqqəti dayandırılacaq - SƏBƏB

1614 12.05.2023 12:52 İqtisadiyyat A A

"SOCAR-Türkiyə"nin Emal və Neft-Kimya bölməsinin rəhbəri, "Petkim Petrokimya Holding"in Baş direktoru Anar Məmmədov gələn il SOCAR-ın Türkiyədəki STAR Neft Emalı Zavodunun fəaliyyətinin planlaşdırılmış dayandırılmasından danışıb

Musavat.com xəbər verir ki, o bildirib ki, burada bir neçə məqsəd var:

“Neft emalı zavodu istifadəyə veriləndən sonra birinci dəfə dayandırılacaq və ilk növbədə planlaşdırılmış profilaktik işlər aparılacaq".

Anar Məmmədov qeyd edib ki, digər məqsəd - zavodda planlı təmir işlərinin aparılması qrafikində tezliliyin uzadılmasını təmin etməkdir.

Belə ki, onun sözlərinə görə, zavodda aparılacaq əlavə tədbirlər nəticəsində zavodun dayandırılma tezliyi dörd ildən beş ilədək uzadılacaq.

Anar Məmmədov onu da əlavə edib ki, müəssisənin təqribən iki aylıq planlı profilaktik işlərinin aparılması üçün dayandırılması şirkət üçün itkilər deməkdir və zavodun planlı təmirlərə dayandırılması, tezliliyin uzadılması maliyyə baxımından müsbət təsir göstərəcək. Belə ki, bu, 40 mln. dollar civarında qənaət deməkdir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR