İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqudan MÜDHİŞ İDDİA

1432 09.08.2023 20:30 Son xəbər A A

“NATO Finlandiyada Rusiyanın şimal-qərbindəki kritik hədəfləri vurmağa qadir olan zərbə silahlarını yerləşdirə bilər”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirliyin kollegiya iclasındakı çıxışında bildirib.

“Finlandiya ərazisində əlavə hərbi kontingent və NATO-nun Rusiyanın şimal-qərbindəki kritik hədəfləri əhəmiyyətli dərəcədə dərinlikdə vura bilən zərbə silahları yerləşdirmək mümkündür”, - deyə Şoyqu qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın hərbi təhlükəsizliyinə təhdidlər qərb və şimal-qərb strateji istiqamətlərində çoxalıb.

Şoyqu Finlandiyanın və potensial olaraq İsveçin NATO-ya daxil olmasını “sabitliyi ciddi şəkildə pozan amil” adlandırıb. Müdafiə nazirinin sözlərinə görə, Finlandiya NATO-ya daxil olduqdan sonra Rusiyanın alyans ölkələri ilə quru sərhədi demək olar ki, iki dəfə artıb.

“Şərqi Avropa ölkələrinin silahlı qüvvələri də daxil olmaqla, 360 minə yaxın hərbi qulluqçu, 8 min zirehli texnika, 6 min artilleriya sistemi və minaatan, 650 təyyarə və helikopter Birlik Dövlətinin (Rusiya-Belarus) sərhədlərinin bilavasitə yaxınlığında yerləşdirilib. Şimali Atlantika blokunun qeyri-regional dövlətlərinin birləşmələrinin sayı ötən ilin fevralından 2,5 dəfə artaraq 30 min nəfəri keçib”, - deyə Sergey Şoyqu qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR