İnsanlara hürriyət, millətlərə istiqlal!

Şoyqu üzərində buludlar qalınlaşır: Kreml daxilində nə baş verir?

1113 25.06.2026 01:36 Dünya A A

Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu hələ də ölkə rəhbərliyinin ən yüksək eşelonunda qalsa da, onun əvvəlki nüfuzunun əhəmiyyətli dərəcədə zəiflədiyi bildirilir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə rusiyalı siyasi şərhçi Stanislav Belkovski danışıb.

Belkovskinin sözlərinə görə, Şoyqu uzun illər ərzində Rusiya hakimiyyət sisteminin ən təsirli fiqurlarından biri olub. O, 1990-cı illərdə Boris Yeltsinin ailəsinə yaxınlaşaraq Vladimir Putinin hakimiyyətə gəlişi prosesində iştirak edib, sonradan isə prezidentin ən etibarlı adamlarından birinə çevrilib.

Belkovski hesab edir ki, Şoyqunun keçmiş müavinlərinin və ətrafındakı bir sıra şəxslərin həbsi avtomatik olaraq onun özünün də hədəfə alındığı anlamına gəlmir.

“Şoyqunun bütün müavinlərinin problemlə üzləşməsi onun da istintaq altında olduğu demək deyil. Ancaq müdafiə naziri postundan Təhlükəsizlik Şurasının katibi vəzifəsinə keçirilməsi açıq şəkildə statusunun aşağı salınmasıdır”, – deyə o bildirib.

Politoloq Şoyqunun mümkün çevriliş və ya hakimiyyət daxilində sui-qəsd planlarında iştirak etməsi ilə bağlı iddiaları da inandırıcı saymayıb.

Onun fikrincə, Şoyqu sistem adamıdır və bu tip şəxslər adətən qiyam və ya çevriliş təşkil edən siyasətçilər olmurlar.

Belkovskiyə görə, Şoyqunun mövqeyinin zəifləməsinin əsas səbəbi korrupsiya qalmaqalları deyil, Ukrayna müharibəsinin ilk mərhələsində Kremlin gözləntilərinin doğrulmamasıdır.

Bununla belə, ekspert qeyd edib ki, Şoyqu hələ də mühüm beynəlxalq missiyalarda iştirak edir, xüsusi tapşırıqlar alır və hakimiyyət sisteminin yüksək səviyyəli üzvü olaraq qalır. Lakin onun əvvəlki siyasi çəkisinin artıq olmadığı bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR