İnsanlara hürriyət, millətlərə istiqlal!

Soymağa çalışdığı qadın döyüş ustası çıxdı - Oğrunu küçənin ortasında döyən qadının GÖRÜNTÜLƏRİ VİDEO

1837 17.09.2022 16:49 Hadisə A A

Meksikanın Quadalaxara şəhərində küçədə gedən qadının çantasını zorla almağa çalışan oğru gözlənilməz sürpriz ilə qarşılaşıb.

Musavat.com xəbər verir ki, kompyüteri və mobil telefonu oğurlanmağa cəhd edilən qadın "Ju-Citsu" məşqçisi çıxıb.

Oğrunun arxasınca qaçaraq tutan qadın küçənin ortasında onu döyüb.

Təhlükəsizlik kamerasına əks olunan görüntülərdə bir kişi qadının əşyalarını oğurlamaq üçün ona yaxınlaşıb. Lakin zorakılığa məruz qalmağa cəhd edilən qadın döyüş ustasl olduğundan gözlənilməz hadisə baş verib. Bir hərəkətlə oğrunu yerindəcə zərərsizləşdirən qadın daha sonra onu tutmaq üçün arxasınca qaçıb. Adı açıqlanmayan qadın oğrunu təpikləyərək döyərkən yoldan keçən bir nəfərin də ona kömək etdiyi diqqət çəkib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, oğru hadisə yerinə gələn polis qrupları tərəfindən yaxalanıb. 24 yaşlı gəncin məhkəmə qarşısına çıxacağı gözlənilir.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR