İnsanlara hürriyət, millətlərə istiqlal!

Sosial şəbəkədə tanış olduqları əcnəbi qadınlara dəhşəti yaşatdılar - VİDEO

765 04.05.2023 19:25 Hadisə A A

İstanbulda sosial şəbəkədə tanış olduqları əcnəbi qadınlara görüşmək üçün zəng etdikdən sonra onları qaçırdıqları iddia edilən 2 nəfər yaxalanıb.

Musavat.com xəbər verir ki, şübhəlilərin hadisə zamanı taksi sürücülərini də qaçırdıqları öyrənilib.

Polisə müraciət edən 25 yaşlı taksi sürücüsü İ.G. qadın müştəri ilə getdiyi ünvanda pul və mobil telefonunun da oğurlandığını bildirib. Zərərçəkmiş İ.G., şübhəlilərin əcnəbi qadın müştərisinin də pul və mobil telefonlarının ələ keçirildiyini bildirib.

Həmin gecə 34 yaşlı M.G. adlı taksi sürücüsü də polisə müraciət edərək bənzər hadisənin başına gəldiyini bildirib. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Qeyd olunur ki, sözügedən hadisə fevral ayının 5-də baş verib.

Fevralın 11-də yenidən üzə çıxan oğrular bu dəfə taksi sürücüsü Mahmut Y. və onun avtomobilində müştəri kimi olan iranlı qadın Mina Z.-ni tələlərinə salıblar.

Polislər şəxsiyyətlərini təsbit etdikləri iki şübhəlini nəzarətə götürüb.. Şübhəlilər Bartu T. və Şafak A. polis qrupları tərəfindən nəzarətə alınıb. Onların daha əvvəl də 21 cinayəti olduğu müəyyən edilib. Polisdə əməliyyatları tamamlanan şübhəlilər ədliyyəyə sövq edilib. Bartu T. və Şafak A. tutularaq həbsxanaya göndərilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR