İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Xankəndidə GƏRGİNLİK, Paşinyanla görüşdə SKANDAL: “Torpaqları satmısınız…” CANLI

1638 06.05.2023 11:50 Gündəm A A

Ermənistan Baş naziri Nikol Paşinyan Çexiyaya rəsmi səfərə gedib. Ermənistan mətbuatı xəbər verir ki, səfər çərçivəsində Paşinyanın erməni icması ilə görüşü keçirilib. Həmin görüşün çox gərgin atmosferdə və qarşılıqlı ittihamlarla müşayiət olunduğu xəbər verilir.

Belə ki, Çexiyada yaşayan ermənilər Paşinyanı satqınlıqda və “torpaqları satmaqda” günahlandırıblar. Paşinyanın cavabı sərt olub və əsl satqının o yox, Ermənistanı qoyub qaçan ermənilər olduğunu deyib:

“Siz 9 noyabr razılaşmasını nəzərdə tutursunuz? Yoxsa mənim həmin vaxta qədər heç nə etmədiyimi? Bütün danışıqlar prosesi boyunca ərazi güzəşti əsas məsələ olub. Əgər kimsə(Ermənistanın əvvəlki rəhbərliyində-red.) deyirsə ki, torpaqları güzəştə getməyəcəkdi, yalan deyir!

Mən 9 noyabr sazişini imzalayarkən başa düşürdüm ki, əks halda 30 min əsgər əsir düşəcək... Vətən harada yaşayırsansa, oradır.
Torpaqları siz satmısınız, necə ki, qələbə ilə əldə olunmuş torpaqları ataraq gəlib Praqada xoşbəxt həyat yaşayırsınız”.

Qarabağdakı separatçılar arasında isə gərginlik artır. Məlumatı “Hraparak” qəzeti yayıb. Məlumata görə, son günlər Qarabağdakı qanunsuz rejimin “təhlükəsizlik şurasının keçmiş rəhbəri” Samvel Babayan aktivləşib. Belə ki, Babayan srağagün Xankəndidə “Mədəniyyət Evində” etiraz aksiyası təşkil edib. O, aksiya zamanı yaranmış situasiyaya görə qondarma rejimin keçmiş və indiki liderlərini ittiham edib.

Bununla yanaşı, Babayan çıxışı zamanı Ruben Vardanyanla bağlı da tənqidlərə yer verib. Siyasətçi Qarabağda Azərbaycan əleyhinə imza toplanmasının heç bir nəticə verməyəcəyini söyləyib.

Qeyd edək ki, Babayanın etiraz aksiyası Qarabağdakı Rusiya sülhməramlılarının rəhbəri Aleksandr Lentsovun Bakıya səfəri zamanı gerçəkləşib.

“Ermənistan “artsax”dan əlini üzüb, ancaq öz maraqlarından çıxış edən Rusiya bununla razı deyil. Çünki sülhməramlılar Qarabağdan getsə, Rusiya Cənubi Qafqazı tamamilə itirəcək”.

Politoloq Stepan Danielyan Ermənistan mətbuatına açıqlamasında deyib. Danielyan hesab edir ki, Rusiya hər nə qədər Cənubi Qafqazda qalmağa səy göstərsə də, hazırkı durumda onun bu regionda öz maraqlarını təmin etmək imkanları və gücü yoxdur.

Politoloqun fikrincə, Rusiyanın bizim regionda mövqelərinin zəifləməsi həm Ukraynadakı müharibə, həm də Bakı ilə Ankara arasındakı münasibətlərin çox yaxın olmasından qaynaqlanır: “Yaxın zamanlarda Rusiyanın regionda öz maraqlarını təmin etmək üçün kəskin addımlar atacağını gözləmirəm. Bununla əlaqədar olaraq, Türkiyə və Azərbaycanın qarşısında imkanlar pəncərəsi açılır. O da nəzərə alınmalıdır ki, Ermənistanda sonsuz güzəştlərə hazır olan bir hakimiyyət var”. Erməni politoloqun fikrincə, ermənilər üçün əsas daxili məsələ siyasi hakimiyyəti dəyişməkdir.

TVMusavat-ın saat 12:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR