İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Rusiyanın bu şəhəri BOMBALANDI, xeyli sayda ölən var - CANLI

1764 15.02.2024 15:00 Ölkə A A

Rusiyanın Belqorod vilayətinə raket hücumu olub. Musavat.com xəbər verir ki, raket ticarət mərkəzinin yaxınlığına düşüb. Nəticədə 6 nəfər həlak olub, 10 nəfər yaralanıb. Fevralın 14-də Tavriya istiqamətində isə 526 rus hərbçisi məhv edilib. “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri Aleksandr Tarnavski məlumat verib. “Düşmənin 3 tankı, 25 zirehli döyüş maşını, 30 artilleriya sistemi, 13 hərbi avtomobili və 5 mühüm obyekti məhv edilib”, - deyə Tarnavski bildirib.

Rusiya Müdafiə Nazirliyi hərbi aerodromların kütləvi zərbələrə müqavimətini sınaqdan keçirib. Təlimlər zamanı Rusiya ordusunun xüsusi bölmələri uçuş-enmə zolaqlarının və təyyarələrin dayanacaqlarının bərpasını məşq ediblər. “İzvestiya” MN-dəki mənbələrə istinadla məlumat yayıb. Mənbələrin məlumatına görə, təlimlər eyni vaxtda bir neçə rayonda, o cümlədən qərb və cənub strateji istiqamətlərində baş tutub.

Rusiyalı hərbi ekspert Aleksey Leonkov nəşrə açıqlamasında deyib ki, aerodrom xidmətində uçuş-enmə zolağının dərhal bərpası və yanğın baş verdiyi zaman təyyarələri ərazidən çıxarmalı olan bölmələr var.

Böyük Britaniya xarici işlər naziri Devid Kemeron amerikalı konqresmenləri Rusiya lideri Vladimir Putinə qarşı Adolf Hitlerə qarşı edilən səhvləri təkrarlamamağa və Ukraynaya hərbi yardımı təcili şəkildə təsdiqləməyə çağırıb. Nazir Rusiya liderinin Ukrayna ilə dayanmaq fikrində olmadığını bildirib. 1930-cu illərdə Hitlerə etdiyimiz kimi zəifliyimizi göstərməyimizi istəmirəm. 2008-ci ildə Gürcüstanı, 2014-cü ildə Krım və Donbasın böyük hissəsini işğal edəndə Putinə verdiyimiz inamsız cavabı 2022-ci ildəki təcavüz aktına münasibətdə təkrarlasaq, bu, bizə baha başa gələcək yeni təcavüz aktına yol açacaq”, - Kemeron deyib. Britaniyanın baş diplomatı Rusiya liderinin imperiyası ambisiyasına diqqət çəkib:

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun suallarını Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev cavablandırır.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR