İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Rusiya Qara dənizdə müdafiəyə keçdi

972 18.03.2024 14:11 Dünya A A

Rusiya Müdafiə Nazirliyi Rusiyanın Qara Dəniz Donanmasını Ukraynanın hücumlarından qorumaq istəyir və buna görə də Qara Dəniz Donanmasının komandanını dəyişdərə bilər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Müharibələrin Araşdırılması İnstitutu (ISW) xüsusi məlumat yayıb.

Hərbi analitiklər hesab edirlər ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun da səfəri bununla bağlıdır. Mütəxəssislərin fikrincə, müdafiə naziri Qara dənizdə Rusiya gəmilərinin Ukrayna tərəfindən batırılmasında məsuliyyəti donanma rəhbərliyin üstünə yıxmaq istəyir.

Qeyd edək ki, Ukraynanın Qara dənizdə endirdiyi zərbələr Qara dəniz donanmasını öz hərbi-dəniz qüvvələrinin əksəriyyətini Sevastopoldakı bazasından Novorossiysk və başqa yerlərdə daha kiçik imkanlara malik bazalara yerləşdirməyə məcbur edib.

Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə Mərkəzinin (StratCom) xəbərinə görə, Ukraynanın zərbələri nəticəsində 2024-cü ilin fevral ayının əvvəlinə qədər Qara Dəniz Donanmasının hərbi gəmilərinin təxminən 33 faizi, o cümlədən 24 gəmi və bir sualtı qayığı sıradan çıxarılıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR