İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İstanbulda əməliyyat keçirilib, 30-dan çox saxlanan var

838 02.01.2024 13:08 Hadisə A A

Türkiyənin İstanbul şəhərində əməliyyat keçirilib.

Musavat.com TRT Haberə istinadən xəbər verir ki, Türkiyədə İsrail kəşfiyyat xidməti ilə əməkdaşlıqda şübhəli hesab olunan 33 nəfər saxlanılıb. İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu artıq istintaq tədbirlərinə başlayıb.

İstintaqda İsrail Xarici Kəşfiyyat Xidməti Mossad-ın humanitar səbəblərlə Türkiyədə yaşayan xarici vətəndaşlara qarşı kəşfiyyat, təqib, hücum və qaçırma kimi fəaliyyətlər həyata keçirməyi hədəflədiyinə dair məlumatlar üzə çıxıb. Sözügedən fəaliyyətlərin "beynəlxalq casusluq" fəaliyyətləri çərçivəsində ola biləcəyi qiymətləndirildikdən sonra 46 şübhəlinin tutulması üçün tədbir görülüb. Polis qüvvələrinin mərkəzi İstanbul olan 8 vilayətdə 57 ünvanda eyni vaxtda həyata keçirdiyi əməliyyatda 33 şübhəli ələ keçirilib, 13 şübhəlinin axtarışı isə davam edir.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR