İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İsrailə vaxt verildi - Dekabrın sonuna qədər...

1667 09.12.2023 13:38 Dünya A A

ABŞ Təl-Əviv rəhbərliyinə əməliyyatları tamamlamaq üçün 2023-cü ilin sonuna qədər vaxt verib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın “Politico” jurnalına danışan üç İsrail rəsmisi açıqlayıb.

Məlumata görə, İsrail Ordusunun Qəzzanın cənubuna aylarla davam edən hücum planı ABŞ dövlət katibi Blinken tərəfindən rədd edilib.

Yüksək səviyyəli müdafiə rəsmisi "Times of Israel" qəzetinə bildirib ki, İsrail ordusuna Qəzzanın cənubunda Xan Yunisə qarşı hazırkı hücumu başa çatdırmaq üçün üç-dörd həftə lazımdır. Adının çəkilməsini istəməyən məmur vurğulayıb ki, müharibənin birinci mərhələsinin başa çatması də üçün onların eyni qədər müddətə ehtiyacı var.

Rəsminin sözlərinə görə, intensiv əməliyyatların dekabr ayının sonuna kimi başa çatdırılması Bayden administrasiyasını sevindirəcək.

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR