İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! HƏMAS səssizliyi pozdu: Əgər İsrail bunu etsə...

2252 07.11.2023 18:00 Dünya A A

HƏMAS liderlərindən olan Musa Əbu Mərzuk təşkilatın oktyabrın 7-də İsraildə həyata keçirdiyi hücumlarda mülki vətəndaşları öldürdüyünü təkzib edib.

Musavat.com xəbər verir ki, o bu barədə BBC-yə açıqlamasında deyib.

Yalnız məcburi hərbi xidmət keçənlərin hədəf alındığını bildirən Əbu Merzuk HƏMAS-ın qadın, uşaq və mülki şəxslərə hücum etmədiyini deyib.

"Girovları azad edəcəyik, amma əvvəlcə toqquşmalar dayandırılmalıdır. İsraillilər döyüşlərə son qoysalar, girovları Qırmızı Xaça verə bilərik" - deyən HƏMAS lideri “qonaq” adlandırdığı girovların adlarını əks etdirən siyahının əlində olmadığını, əksəriyyətinin harada olduğunu bilmədiyini qeyd edib.

İsrailin baş naziri Benyamin Netanyahu da bildirib ki, müvəqqəti atəşkəsdən əvvəl bütün girovlar azad edilməlidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR