İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! HƏMAS bu ölkədə hücumlar planlaşdırır - ŞOK

955 25.05.2024 16:45 Dünya A A

HƏMAS Almaniyada terror aktları planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə məlumat “Welt am Sonntag” qəzetinin araşdırmasında yer alıb.

Nəşrin məlumatına görə, hədəflər İsrailin Berlindəki səfirliyi və Reynland-Pfalzdakı ABŞ hərbi bazası ola bilər. Müstəntiqlər bu ehtimalı 2023-cü ilin dekabrında həbs edilmiş Livan əsilli şübhəlinin mobil telefonunda olan xəritələrə əsasən irəli sürüblər. Şübhəlinin bu obyektləri güddüyü güman edilir. Məlumata görə, şübhəli Livandakı HƏMAS liderlərinin göstərişi ilə hərəkət edirdi.

Karlsrue Federal Baş Prokurorluğu davam edən istintaqa istinad edərək, şərh verməkdən imtina edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR