İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ermənistan səfiri Rusiya XİN-ə çağırıldı

1226 08.09.2023 19:48 Region A A

Ermənistan səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya XİN-in mətbuat xidmətindən bildirilib.

İrəvanın qeyri-dost hərəkətləri fonunda ona sərt nota təqdim edilib.

Qeyd edək ki, bu, Ermənistan müstəqillik qazandığı tarixdən indiyə kimi ilk dəfə olaraq “bir sıra qeyri-dost addımlar”la bağlı etiraz notasının verilməsidir.

Notada öz əksini tapan məsələlər arasında xüsusilə, Roma Statutunun ratifikasiya prosesinin başlanması, Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevə səfəri və Kiyev rejiminə humanitar yardımın ötürülməsi, habelə ABŞ hərbçilərinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi daxil olub.

Ermənistan parlamentinin spikeri tərəfindən təhqiramiz ifadələrin qəbuledilməzliyi də vurğulanıb, bloger Badalyanın və “Sputnik Ermənistan” radiosunun müxbiri Gevorkyanın Ermənistanda saxlanmasından ayrı-ayrılıqda narahatlıq ifadə olunub.

Rəsmi Moskva hesab edir ki, Rusiya və Ermənistan müttəfiq olaraq qalır və tərəfdaşlığın inkişafı və möhkəmləndirilməsi ilə bağlı bütün razılaşmalar iki ölkə xalqlarının mənafeyi naminə tam şəkildə həyata keçiriləcək.

Bu, digər məsələlərlə yanaşı, KTMT çərçivəsində təlimlərin təşkilinə və daha sonra Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasının asanlaşdırılması üçün Təşkilatın müşahidə missiyasının respublikaya göndərilməsinə aiddir. (APA)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR