İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Braziliyalı futbolçu “Qarabağ”da!

2624 19.08.2023 23:20 İdman A A

Avropa Liqasının pley-off mərhələsinə yüksələn “Qarabağ” yeni futbolçu ilə güclənib.

"Köhlən atlar” növbəti dəfə Bolqarıstan bazarına üz tutub. Qurban Qurbanov çək-çevir etdikdən sonra tam adı Matues de Barros da Silvanın keçidinə razılıq verib.

Sağ cinah müdafiəçisi olan 25 yaşlı futbolçu “Qarabağ”la bütün detallarda razılaşıb. Ağdam təmsilçisi ən qısa zamanda transfer haqda məlumat yayacaq.

2017-ci ildə peşəkar futbolda ilk addımlarını atan braziliyalı oyunçu vətənində “San Fransisko PA”nın şərəfini qoruyub, daha sonra “Paysanda” və “Bahia”nın uğurları üçün tər töküb.

2019-2020 mövsümündə Portuqaliya Sequndasında “Farense”nin, növbəti iki ildə bu ölkənin yüksək dəstəsində “Moreyrense”nin heyətində yer alıb.

Ötən ilin yayında Boqarıstan “Lokomotiv”i ilə anlaşıb ki, Plovdiv təmsilçisində meydana çıxdığı 38 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

O, indiyə qədər şərəfini qoruduğu komandaların heç birində avrokubok həyəcanı yaşamayıb.\\

SPORTİNFO.AZ

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR