İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Bakıda yaşayış binasında yanğın - ÖLƏN VAR

1690 23.07.2023 10:10 Hadisə A A

Bakıda yaşayış binasında yanğın olub, ölən var.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə və 1 ədəd kondisioner yanıb.

Yüksək temperaturdan eyvanın lambirdən ibarət tavanı 4 m² sahədə və plastik pəncərə çərçivəsi qarsalanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yanğın zamanı 25 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR