İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Bakıda rabitə quyusunda partlayış - VİDEO

2065 11.07.2022 23:40 Hadisə A A

Paytaxtın Nizami küçəsində partlayış baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə video şəklində paylaşılıb. Baş verən partlayışın səbəbi hələlik məlum deyil.

***

Paytaxtın Səbail rayonu, Nizami (Torqovı) küçəsindəki kanalizasiya quyularından birində baş vermiş tüstüləmə ilə əlaqədar polis əməkdaşları vətəndaşları təhlükəsiz əraziyə təxliyə edib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən bildirilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkaşlarını cəlb ediblər. Hazırda hadisənin hansı səbəbdən baş verməsi üzrə araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda, H.Z.Tağıyev küçəsində rabitə quyusunda partlayış olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Musavat.com bu barədə FHN-ə istinadən xəbər verir.

İlkin məlumata əsasən, rabitə quyularından birində partlayış baş verib, yeraltı kommunikasiya xətlərində yanğın olub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.

Partlayışın görüntülərini təqdim edirik:

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR