İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Bakıda betonqarışdıran minik maşınının üstünə aşdı YENİLƏNİB

1387 16.03.2022 13:57 Hadisə A A

Bakıda ağır qəzada xəsarət alan var.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki. betonqarışdıran avtomobil "Opel" markalı minik avtomobilinə çırpılaraq onun üzərinə aşıb. Nəticədə xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, Suraxanı rayon Polis İdarəsinin və FHN əməkdaşları hadisə yerinə cəlb olunublar. Polis mayorunun sözlərinə görə, yaralılar avtomobildən çıxarılıb.

***

Bakıda ağır yol-nəqliyyat hadisəsi olub.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki. hadisə bir neçə dəqiqə əvvəl paytaxtın Suraxanı rayonu aeroport yolunda qeydə alınıb. İlkin məlumata əsasən, betonqarışdıran maşın minik maşınının üzərinə aşıb.

Hadisə nəticəsində ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR