İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! ABŞ-dan İsraillə bağlı TƏCİLİ QƏRAR

2360 10.12.2023 08:30 Dünya A A

ABŞ İsrailə silah satmağa davam edir. Prezident Co Baydenin administrasiyası fövqəladə vəziyyət səlahiyyətindən istifadə edərək, ABŞ Konqresinin təsdiqinə təqdim etmədən İsrailə 106,5 milyon dollar dəyərində 13 981 tank mərmisinin satışını təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Xarici İşlər Nazirliyinin Silah İxracına Nəzarət Aktında yer alan fövqəladə hal səlahiyyətindən tank mərmilərinin dərhal İsrailə çatdırılması üçün istifadə edilib və dövlət katibi Entoni Blinkenin tapşırığı ilə sözügedən sursat ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun olaraq İsrailə çatdırılıb. Onun təcili olaraq məsələnin zəruriliyi ilə bağlı konqresə ətraflı əsaslandırmalar təqdim etdiyi qeyd edilib. Açıqlamada, həmçinin vurğulanıb ki, tank mərmilərinin satışı ABŞ ordusunun inventarından ediləcək və ölkənin müdafiəsinə mənfi təsir göstərməyəcək.

Qeyd edək ki, sözügedən tank mərmiləri Bayden administrasiyasının ABŞ Konqresinin İsrailə satmağa razılıq verməsini istədiyi, dəyəri 500 milyon dollardan çox olan 45 min tank mərmisini ehtiva edən daha böyük silah satışının bir hissəsi olduğu bilinir. ABŞ-da silah satışı konqres komitələri tərəfindən 20 günlük araşdırmadan sonra təsdiqlənir və ya ümumiyyətlə, rədd edilir.

bibi.jpg (220 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR