İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK XƏBƏR: Minlərlə insan işdən çıxarılacaq...

2523 20.04.2023 01:31 Son xəbər A A

“Walt Disney Co.” şirkəti gələn həftə minlərlə işçisini ixtisar etməyi elan etməyi planlaşdırır.

Bu barədə “Bloomberg” agentliyi məlumatlı mənbələrinə istinadən məlumat yayıb.

Mənbələr bildiriblər ki, ixtisarlar televiziya bölməsinə, kino biznesinə və əyləncə parklarına təsir edəcək, üstəlik şirkətin mövcud olduğu bütün regionlarda baş verəcək. İxtisarların ilk dalğası üzümüzə gələn bazar ertəsi elan edilə bilər.

“Disney” nümayəndələri məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Şirkət rəhbərliyi fevral ayında illik 5,5 milyard dollarlıq xərclərin azaldılması proqramı çərçivəsində işçilərin sayını təxminən 7 min nəfər ixtisar etməyi planlaşdırdığını açıqlamışdı.

“Disney” səhmləri çərşənbə günü 2% ucuzlaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 13,9% artıb, “S&P 500” indeksi isə bu müddət ərzində 7,8% artıb.//Report.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR