İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok: Putin bu tarixə qədər Ukraynanı işğal etmək istəyir - CANLI

1369 11.04.2022 15:18 Gündəm A A

Rusiya və Ukrayna rəsmilərinin İstanbuldakı görüşündən sonra rus qüvvələri Kiyev ətrafından geri çəkilərək, Ukraynanın şərqində cəmləşməyə başlayıb.
Rus rəsmiləri də öz açıqlamalarında Rusiyanın Kiyev ətrafından çəkildiyini, Luqansk və Donetsk vilayətlərində əməliyyatların davam edəcəyini təsdiqləyiblər. Çeçenistan Muxtar Vilayətinin lideri Ramzan Kadırov isə bu barədə ziddiyyətli açıqlamalar verib.

Kadırov özünün telegram hesabından paylaşım edərək, Rusiyanın yaxın günlərdə paytaxt Kiyev və Ukraynanın digər şəhərlərində hərbi əməliyyatlara başlayacağını bildirib:

“Əvvəlcə Luqansk və Donetsk vilayətləri tam azad ediləcək. Sonra isə Kiyevi və digər şəhərləri ələ keçirməyə başlayacağıq. Sizi əmin edirəm ki, Rusiya bir addım belə geri çəkilməyəcək. Hücumlar təkcə Mariupolda deyil, digər şəhər və kəndlərdə də davam edəcək”. Siyasi ekspert Elxan Şahinoğlu hesab edir ki, mayın 9-na qədər Putin Ukraynanı işğal etmək istəyir.

TVMusavat-ın saat 15:30-da canlı yayınında politoloq Vaqif Hüseynlə Ukrayna böhranını müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR