İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK OLAY! Müəllim şagirdlərini belə cəzalandırdı - FOTO (YENİLƏNİB)

2422 02.10.2022 20:46 Hadisə A A

Marneulinin Qırıxlı kənd məktəbində 4-cü sinif şagirdlərini diz üstə çökdürərək cəzalandırmış gürcü dili müəllimi Rəhman Musayev işdən azad edilib.

Bu barədə məktəbin direktoru Mehman Musayev yerli mediaya açıqlamasında bildirib. O, qardaşı oğlu Rəhman Musayevin səhhətində problem olduğunu, ona görə də bu gün işdən çıxmaqla bağlı ərizə yazdığını, ərizənin qəbul edildiyini deyib.

Direktor hadisənin araşdırıldığını, uşaqların valideynləri ilə əlaqə saxladığını qeyd edib:

"Onlar övladlarının evdə bu barədə heç nə danışmadığını bildiriblər".

xxx

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsinin Qırıxlı kənd ictimai məktəbində müəllimin şagirdlərini cəzalandırma metodu ictimaiyyətin narazılığına səbəb olub.

Musavat.com APA-ya istinadən xəbər verir ki, kənd məktəbində gürcü dili fənnini tədris edən müəllim dərsə hazırlıqsız gəlmiş 4-cü sinif şagirdlərini diz çökdürərək cəzalandırıb və onların fotosunu çəkərək paylaşıb.

Müəllimin cəzalandırma metodu ictimai fəalların narazılığına səbəb olub və faktın araşdırılması tələb edilib.

Marneuli Resurs Mərkəzindən (maarif şöbəsi) faktın doğruluğu təsdiqlənib.

EMCode_15a34a2d1e838cc70ed8542e8bdfa448.jpg (48 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR