İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK İDDİA: Bakı ilə İrəvan diplomatik əlaqələr qurur...

680 18.07.2024 16:58 Dünya A A

“2020-ci ildən sonra sülh dövrü olacağı ilə bağlı bol vədlər verən Ermənistan hökuməti sülh müqaviləsinin imzalanmasının yaxın olduğunu vaxtaşırı təkrarlasa da, rəsmi Bakı belə bir sənəd imzalamaq niyyətində deyil”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu cümlə yerli “Hraparak” qəzetinin bir yazısında yer alıb.

“Yaxın aylarda Qərbin xeyir-duası ilə “Zəngəzur dəhlizi”ni alan Azərbaycan Ermənistana iki ölkə arasında diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan müəyyən təmas prinsipləri haqqında sazişlə bağlı aralıq sənədi tətbiq etməyə çalışacaq.

Qeyd olunur ki, Azərbaycan və Ermənistanın əvvəlcə Tiflisdə səfirlikləri ola bilər, orada müzakirələr aparıb prinsiplər üzrə razılığa gələcəklər. Lakin Azərbaycan- Ermənistan münasibətlərinə baxanda deyə bilərik ki, Azərbaycan özünün bütün “prinsip” tələblərini üz-üzə, vasitəçi olmadan İrəvana tətbiq etmək üçün hər şeyi edəcək”, deyə yazıda qeyd olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR