İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok hərbi müdaxilə xəbərdarlığı: “Sanki saatlar sayılır”

1929 23.01.2026 00:59 Dünya A A

İranın nüvə silahı əldə etməsinə iki ay qalmışdı və ABŞ hərəkətə keçib nüvə təsisatlarını darmadağın etdi. Musavat.com-un məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində bildirib.

“İran danışmaq istəyir. Biz danışacağıq”, - Tramp əlavə edib.

Lakin eyni gündə İranın yüksək rütbəli hərbi komandiri təhdid bəyanatı səsləndirib. İranın Xatəm əl-Ənbiya mərkəzi qərargahının komandiri general-mayor Əbdürrəhim Musəvi Əbdürəllahi ölkəsinə qarşı hər hansı bir hücumun sürətli və dağıdıcı cavab ilə nəticələnəcəyini deyib.

Gunaz.tv-nin xəbərinə görə, o, İran ərazisinə, təhlükəsizliyinə və ya maraqlarına edilən hər hansı bir hücumun dərhal cavablandırılacağını söyləyib.

“İran torpağına qarşı hər hansı bir təcavüz sürətli, dəqiq və dağıdıcı cavabla qarşılanacaq" -iranlı general hədələyib. O, əlavə edib ki, İran müharibəyə başlamayacaq, lakin istənilən hücuma güclü cavab verəcək.

Bu arada, İsrailin müdafiə qurumları Trampın İslam Respublikasının mövqelərini hədəf almaq qərarına gəlməsi ehtimalını nəzərə alaraq orduda həyəcan səviyyəsini artırıb. İsrailin "Haaretz" qəzeti təhlükəsizlik rəsmilərinə istinadən bu haqda xəbər yayıb. Məlumatda yaxın bir neçə gün ərzində hərbi əməliyyatların mümkünlüyü qeyd olunur.

Bildirilir ki, ABŞ-ın hərbi əməliyyatı halında İran raket hücumu ilə İsraili müharibəyə sürükləyə bilər. Bəzi ordu rəsmiləri həmçinin bildiriblər ki, Tehranın cavabının ilkin mərhələlərində İsrail əsas hədəf olmaya da bilər.

Göründüyü kimi, həm danışıqdan bəhs olunur, həm də hərbi hazırlıqlardan. ABŞ liderinin Sülh Şurasının təsis toplantısında “danışacağıq”-bəyanatı verməsi hansı mənanı verir? İranın davranışları fonunda bu, silahla “danışmağa” gətirib çıxara bilərmi?

c7df6f9633ca16ddff1a761ea18ca31a.jpg (80 KB)

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, siyasi ekspert İlyas Hüseynov Musavat.com-a bildirdi ki, İranda xalq kütlələrinin etirazları fonunda ABŞ Prezidentinin qarşısında üç ssenari var idi:

“Birincisi, İrana qarşı iqtisadi sanksiyaların və məhdudiyyətlərin tətbiqi;

İkincisi, kiber hücumlar və süni intellektin yaratdığı imkanlar vasitəsilə proseslərə təsir etmək;

Üçüncüsü, hərbi müdaxilə və birbaşa güc tətbiqi vasitəsilə İrandakı hakimiyyəti devrilməsinə cəhd. İlk iki variant bu və ya digər şəkildə tətbiq edildi, ancaq nəticə yoxdur. Üçüncü varintın tətbiqi aktuallaşır.

Maraqlıdır ki, Trampın “kömək yoldadır” mesajından sonra heç nə baş vermədi, əvəzində İran rəsmilərinin gözlənilən dialoqa getmək və vəziyyəti sakitləşdirmək niyyəti sərh ritorika ilə davam etdirildi və bu baxımdan hərbi müdaxilə haqqında sanki saatlar sayılır”.

STM təmsilçisi qeyd etdi ki, ABŞ Prezidenti Donald Trampın Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində “İran danışmaq istəyir. Biz danışacağıq” bəyanatı çox ciddi və kəskin münasibətin olduğunu ifadə edir: “Ola bilsin ki, bu istiqamətdə konkret plan mövcuddur. Belə olacağı təqdirdə, İranın cavabı da özünü çox gözlətməyəcək. 12 günlük müharibədə olduğu kimi, ABŞ-nin Yaxın Şərqdə hərbi bazaları İranın hərbi cavab tədbirlərinə tuş gələ bilər. Hər halda, ABŞ-nin hərbi strateqləri bunu nəzərə alıblar”.

Elşad,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR