İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK GÖRÜNTÜLƏR: Namaz qılarkən axundu belə bıçaqladı - ANBAAN VİDEO

1458 11.04.2023 14:00 Hadisə A A

ABŞ-ın Nyu Cersi ştatında türk və müsəlman icmasının sıx məskunlaşdığı Paterson şəhərində bazar günü sübh namazını qılarkən məscidin axundu bıçaqla hücuma məruz qalıb.

Musavat.com xəbər verir ki, camaatın üstündən tullanaraq axundun əlinin arxasından bıçaqlayan türk əsilli Şerif Zorba adlı cinayətkar qaçmaq istəyərkən vətəndaşlar tərəfindən yaxalanıb və polisə təhvil verilib.

Məscidin təhlükəsizlik kamerası görüntülərində üçüncü sırada olan 32 yaşlı Şerif Zorba adlı cani səcdə halında camaatın üstündən tullanaraq 65 yaşlı axunda bıçaqla xəsarət yetirdiyi açıq şəkildə əksini tapıb. Daha sonra əlindəki bıçaqla onu tutmağa çalışanları hədələyən Ş.Zorba məscidin çıxışına doğru qaçmaq istəyərkən yaxalanıb və polisə təhvil verilib.

ABD'de korkunç saldırı! Cemaatin üzerinden atlayıp elindeki bıçağı imamın sırtına sapladı

Məsciddən bir neçə dəqiqəlik məsafədə yerləşən Saint Joseph Xəstəxanasında müalicə alan axund Əl-Nəkibin həyati təhlükəsinin olmadığı bildirilib. İfadəsində İstanbuldan olduğunu bildirən və bu yaxınlarda ABŞ-a gəldiyi məlum olan şübhəlinin dünən Bergen həbsxanasından Türk tərcüməçinin müşayiəti ilə ilk məhkəmə iclasına qatıldığı bildirilib. 

Mətbuata açıqlamasında hadisənin təfərrüatlarını danışan məscid rəhbərliyi Ş.Zorbanın hücumu niyə həyata keçirdiyini deməsə də, mövzu ilə bağlı araşdırmaların davam etdiyi qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR