İnsanlara hürriyət, millətlərə istiqlal!

SOCAR “Neftçi”yə yeni rəhbər gətirdi – SON DƏQİQƏ

1387 22.07.2023 21:06 İdman A A

“Neftçi”də yeni təyinat olub.

Bu haqda Sportinfo.az-a SOCAR rəhbərliyinə yaxın mənbə məlumat verib.

Fərrux Mahmudov klubun rəhbərliyinə gətirilib. Redaksiyamiza verilən informasiyaya görə, o, böyük ehtimalla, idman direktoru vəzifəsini tutacaq.

F.Mahmudov futbol ictimaiyyətinə tanış olmaya bilər. Adıçəkilən şəxs Azərbaycan Basketbol Federasiyasının (ABF) icraçı direktorudur. Yeni təyinatla əlaqədar o, ABF-dan ayrılıb.

Kamran Quliyev dünən “Neftçi”nin prezidenti postunu tərk edib. 2018-ci ilin əvvəlində “Sumqaylt”dan bura gələn K.Quliyev SOCAR-ın göstərişi ilə paytaxt təmsilçisindən ayrılıb.

Ona aid bütün səlahiyyətlər Fərrux Mahmudova keçib. Yeni təyinatın önümüzdəki günlərdə açıqlanması gözlənilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR