İnsanlara hürriyət, millətlərə istiqlal!

Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılaq

562 17.05.2024 22:36 Dünya A A

Pezinka şəhərinin ixtisaslaşdırılmış Cinayət Məhkəməsi mayın 18-də Slovakiyanın Baş naziri Robert Ficonun həyatına sui-qəsd edən şəxslə bağlı qərar verəcək.

“Report”un məlumatına görə, bu barədə Slovakiyanın “Pravda” nəşri öz saytında xəbər yayıb.

"Təqsirləndirilən Yuri Çintulanın həbsinə dair vəsatət qaldırılıb. Bu təkliflə bağlı qərar ixtisaslaşdırılmış cinayət məhkəməsi tərəfindən veriləcək", - Slovakiya Baş Prokurorluğunun mətbuat katibi Zuzana Drobova nəşrə bildirib.

Onun sözlərinə görə, iş qeyri-ictimai ibtidai istintaq mərhələsindədir.

Prokuror təqsirləndirilən şəxsin mümkün qaçışa görə həbs olunmasını, habelə cinayət fəaliyyətinin davam etdirilməsini tələb edir.

Onun sözlərinə görə, Yuri Çintula baş naziri yaralamağı planlaşdırırmış, guya öldürmək istəmirmiş.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR