İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sky News”: “Böyük Britaniyanın dronları Ermənistan üzərindən Rusiyaya göndərilir”

4879 25.02.2024 12:43 Son xəbər A A

“Britaniyadan Qırğızıstan, Ermənistan və Özbəkistan kimi ölkələrə ixrac edilən dronlar və ağır texnikalar daha sonra Rusiyaya göndərilir”.

Musavat.com-un məlumatına görə, bu barədə Britaniyanın nüfuzlu “Sky News” kanalı xəbər yayıb.

“Sky News”un iqtisadiyyat və data redaktoru Ed Convey bunun Böyük Britaniyanın Rusiyaya tətbiq etdiyi rəsmi sanksiya rejimini sarsıtdığını deyib.

Məqalədə bildirilib ki, Böyük Britaniya firmalarının Rusiyaya birbaşa ixracatı məlum sanksiyalardan sonra kəskin azalıb. Ancaq müharibə başlayandan bəri Britaniyadan 4 ölkəyə: Gürcüstan, Ermənistan, Qırğızıstan və Özbəkistana ixracat 500%-dən çox artıb. Xəbərdə iddia edilir ki, Böyük Britaniyanın bu sxemlə ixracatı Rusiyanın Ukraynadakı müharibə imkanlarını genişləndirir.

“Bu günə qədər göndərilən malların ən böyük qismini təyyarələrin, vertolyotların və ya pilotsuz uçuş aparatı hissələrinin təşkil etməsi narahatlıq yaradır”, - deyə yazıda qeyd edilir.

Beynəlxalq Maliyyə İnstitutunun (IIF) keçmiş baş iqtisadçısı Robin Bruksun sözlərinə görə, son 1 ildə Ermənistanın Rusiyaya ixracatında kəskin artım qeydə alınıb. O, bunun bir müddətdir davam etdiyini və digər Avropa ölkələrinin, xüsusən Almaniya və Polşanın da bu dövlətlər vasitəsilə Rusiyaya böyük miqdarda texnika göndərdiyini söyləyib.

Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps “Sky News”un yaydığı məqalədən sonra hökumətin məsələni çox yaxından izləyəcəyini deyib:

“Belə olur ki, siz sanksiyalar tətbiq etdiyiniz zaman ilkin olaraq onlar nəticə verirlər, lakin daha sonra şirkətlər başqa yollarla bazara yol tapırlar. Bu, beynəlxalq problemdir. Mən Ed Conveyi əmin edə bilərəm ki, Britaniya hökuməti çox diqqətlə bu məsələni nəzərdən keçirəcək”.

Məlumatın ORİJİNALI bu linkdə 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR