İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sizin “Bayraktar”lar əsgərlərimizi öldürür” - Rusiyanın Türkiyədəki səfirindən ETİRAZ

1775 05.04.2022 16:29 Gündəm A A

“Sizin dronlarınız əsgərlərimizi öldürür”.

KONKRET.az xəbər verir ki, bunu aprelin 4-də Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov “Aydınlık” qəzetinə müsahibəsində deyib. O bildirib ki, Türkiyənin Bayraktar TB2 döyüş pilotsuz uçuş aparatlarının (PUA) Ukraynaya təhvil verilməsi Rusiya cəmiyyətində ağrılı şəkildə qarşılanır.

“Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrinin Ukraynaya tədarükünə münasibətimiz necədir? Tamam, çox dürüst olacağam. Bu çatdırılmaların Rusiya cəmiyyətində necə ağrılı qəbul edildiyini təsəvvür belə edə bilməzsiniz. “Biznes biznesdir” kimi ifadələr düzgün deyil, çünki sizin dronlarınız əsgərlərimizi öldürür. Yeri gəlmişkən, xatırlatmaq istərdim ki, Türkiyənin müttəfiqi olduğunu iddia edən bir ölkənin (ABŞ nəzərdə tutulur) türk əsgərləri ilə döyüşənlərə [SDF/YPG/PKK] böyük miqdarda silah ötürmək vərdişi var və Bu, Ankaranın xoşuna gəlmir. Bəs biz buna niyə müsbət baxmalıyıq?”, – deyə səfir təəssüflənib.

Daha əvvəl Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, PUA-ların tədarükü yardım yox, satışdır.

Xatırladaq ki, Ankara həm Rusiya, həm də Ukrayna ilə əlaqələrin inkişafının tərəfdarıdır. Türkiyə Ukraynaya “Bayraktarl”lar verir, eyni zamanda dövlət qurumlarının bu prosesdə iştirak etmədiyini, çünki bunların Kiyevdən “şəxsi alışlar” olduğunu iddia edir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR