İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzovdan Zori Balayanla bağlı çağırış  

1191 30.12.2023 13:50 Siyasət A A


Milli Məclisin plenar iclasında “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Musavat.com bildirir ki, qanun layihəsini komitə sədri Ziyafət Əsgərov təqdim edib. Sənədə əsasən, Azərbaycan terrorçuluq məqsədilə ölkə xaricinə səfər edən şəxslər haqqında məlumatların mübadiləsi üçün sutkada 24 saat, həftədə 7 gün ərzində fəaliyyət göstərən əlaqə məntəqəsi qismində Dövlət Təhlükəsizliyi Xidmətini təyin edir. Bu Əlavə Protokolun müddəaları nəticələri tamamilə aradan qaldırılana və Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

Komitə sədri Siyavuş Novruzov bildirib ki, mənəvi terrorla məşğul olanlarla bağlı müəyyən addımlar atılmalıdır. “Avropa Şurasında mənəvi terrorla məşğul olurlar”-deyən S.Novruzov qeyd edib ki, ən böyük terror mənəvi terrordur: “Bu gün Avropa Şurasında, Avropa Parlamentində mənəvi terrorla məşğul olurlar. Bəzi adamları çağırıb Azərbaycan əleyhinə fikir söylədirlər. Azərbaycanda maşın yuyanları, satanları, ailə tərbiyəsi olmayanları orada çıxış etdirirlər. Ora gedən bizim deputatlara hücum çəkirlər. Odur ki, bu mənəvi terrorun da qarşısı alınmalıdır. İnsanların ailəsini təhqir edib söyüş söyürlər. Milli Məclisin bütün deputatlarını təhqir edirlər. Protokolları təsdiq edəndə, gərək qarşılığında vəsatət qaldıraq ki, bizim işimizə qarışmasınlar. Heç kəsin daxili işlərinə qarışmadığımıza görə kimsə də bizim işimizə qarışmasın. Protokollarda qəti fikrimizi ortaya qoymalıyıq”.

Komitə rəhbəri bildirib ki, dəfələrlə Azərbaycana qarşı terror aktları törədilib: “Bunu da həmin hərəkəti edənlər özləri boynuna alıb. Misal olaraq, Xocalı soyqırımı ilə bağlı Zori Balayan uşaqların necə yandırıldığını, vətəndaşlarımızın başına acılan müsibətlərlə bağlı özü kitab yazıb. Həmin kitabı da özü təqdim edib. Bax, biz də həmin kitabı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə və digər məhkəmələrə təqdim etməliyik. Bütün faktları biz yox, məhz özləri etiraf edir ki, türklərə qarşı nifrətimiz var. Onlar etnik və milli təmizləməyə görə dünyada ən böyük cinayəti törədiblər”.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR