İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirvanda binanın altında qalmaq qorxusu ilə yaşayan 16 ailə - VİDEO

389 19.07.2023 19:39 Hadisə A A

Şirvan şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 1 nömrəli binanın sakinləri təhlükəli şəraitdə yaşayırlar.

Sakinlərin sözlərinə görə, 16 ailənin yaşadığı binanın dam örtüyü qəzalı vəziyyətdədir.

“Binanın üstü elə haldadır ki, ikinci mərtəbədə yaşayanlar suyun altına qab qoymasalar, səhər duranda görəcəyik ki, suyun içində yatmışıq. Gecə uşaq yatanda qorxuruq ki, ev uşağın başına düşəcək”, - deyə şikayətçilər bildiriblər.

Binanın dam örtüyünün yenilənməsini istəyən sakinlər aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, məsələ ilə bağlı tədbir görülmədiyini deyirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR