İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sinan Oğana səs verdiyimi zarafatla demişəm”- VİDEO

600 20.06.2023 11:13 Gündəm A A

Son açıqlamaları ilə müzakirələrə səbəb olan Türkiyənin Cümhuriyyət Xalq Partiyasından keçmiş deputat Abdüllatif Şener yenə müzakirə obyektinə çevrilib.

“Qafqazinfo” xəbər verir ki, Şener “TV5”in efirində mayın 14-ü prezident seçkilərinin I turu zamanı CHP sədri Kamal Kılıçdaroğluna deyil, “ATA İttifaqı”nın namizədi Sinan Oğana səs verməsi ilə bağlı açıqlamasına aydınlıq gətirib.

Eks-millət vəkilinin sözlərinə görə, dəvət olunduğu proqram zamanı ona ikibaşlı suallar ünvanlandıqda o cür cavab verib: “Açıqlamalarımın bu qədər səs-küy doğuracağını gözləmirdim. Məni tənqid edənləri rahatlatmaq, bir az da zarafat etmək üçün elə dedim”.

Şener, bununla yanaşı mayın 14-ü parlament seçkiləri zamanı CHP-dən millət vəkili olaraq namizədliyinin irəli sürülməməsinə görə partiyanı tənqid etdiyinə dair iddialara da cavab verib: “Məni yenidən namizəd olaraq göstərmədiklərinə görə tənqid etmirdim. Seçki prosesi zamanı olan tərbiyəsizlik üçün edirdim”.

O, bununla belə burada söhbətin nədən getdiyinə aydınlıq gətirməyib.

Xatırladaq ki, “Halk TV”yə danışan A.Şener prezident seçkilərinin I turu zamanı CHP sədri Kamal Kılıçdaroğluna deyil, “ATA İttifaqı”nın namizədi Sinan Oğana səs verdiyini açıqlayıb. CHP-dən istefa verən Şener, eyni zamanda seçkilərin II turu zamanı etibarsız səs verdiyini də dilə gətirib.

Qeyd edək ki, A.Şener 2001-ci ildə ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından biri olub və AKP hökumətlərində Baş nazirin müavini olaraq da çalışıb. O, 2007-ci ildə AKP-dən istefa edib və 2018-ci ildə CHP-nin Konyadan millət vəkili seçilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR