İnsanlara hürriyət, millətlərə istiqlal!

Sinan Oğan: "Bir gün ata-babalarımın qovulduğu Qərbi Azərbaycan torpaqlarına qayıdacağıq"

721 08.07.2024 12:57 Ölkə A A

"Mən yüz il öncə ata-babaları Qərbi Azərbaycandan qovulmuş nəslin  övladıyam. İnanıram necə ki, artıq yavaş-yavaş Xocalı qətliamını törədənlər ədalət məhkəməsi qarşısında cavab verməyə başlayıb, eləcə də bir gün türklər, azərbaycanlılar doğma yurdları olan o torpaqlara geri dönəcəklər. Mən bir türk və Qərbi Azərbaycan kökənli olaraq buna inanıram və bu yolda mübarizəmi daim davam etdirəcəm".

Musavat.com bildirir ki, bu sözləri türkiyəli siyasətçi, prezidentliyə keçmiş namizəd Sinan Oğan "İmza" Sosial İnkişafa Dəstək ictimai birliyinin təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış tarixi, mədəni və hüquqi əsasları" adlı beynəlxalq konfransda deyib.

Sinan Oğan tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, vaxtilə regionda ən çox məscid məhz İrəvan şəhərində olsa da, hazırda həmin məscidlərdən yalnız biri bu günə qədər qalıb:

"Yüz il öncəyə geri dönüb baxsaq görərik ki, nə Suriyada, nə digər yerlərdə məscid o qədər çox deyildi, nəinki İrəvan şəhərində. İrəvanın az qala hər küçəsində məscid var idi, hər tərəfdə insanlar türkcə danışırdı, türk mədəniyyəti hökm sürürdü. Lakin türklər, azərbaycanlılar ata-babalarının doğma yurdu olan o torpaqlardan işgəncələrə, əzablara məruz qalaraq qovuldu. Bu proses Sovet dövründə də davam etdirildi. O torpaqlardan türk izini tamamilə silməyə başladılar. 

Bu gün beynəlxalq təşkilatlar ermənilərin Qarabağa geri dönməsi üçün təzyiqlər edirlər. Bəs niyə ermənilərin Qarabağa qayıtmasından bəhs edənlər azərbaycanlıların, türklərin öz doğma yurdlarına, Qərbi Azərbaycana geri qayıdışından bəhs etmir?

Qeyd edim kimi, məscidlərinin çoxluğu ilə seçilən İrəvanda indi yalnız bir məscid qalıb. Onu da İran, fars məscidi kimi təqdim edir, türk izlərini silməyə çalışırlar. Hətta onun üzərində olan ay-ulduzu pozmağa çalışsalar da, bu, alınmadı.

İnanıram ki, gün gələcək, Qərbi Azərbaycanda ay-ulduzlu bayraqları görəcəyik".

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR