İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyanın qardaşının həyat yoldaşı azadlığa buraxılacaq

548 12.02.2024 12:11 Son xəbər A A

Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorqyan azadlığa buraxılacaq.

Bu barədə yerli “Joğovurd“ nəşri yazıb.

Nəşrin sözlərinə görə, İqtisadiyyat Nazirliyində sui-istifadə hallarına görə 2 aylıq həbs edilən Ani Gevorqyan azadlığa buraxılacaq.

Hazırda hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatlarının zaminliyi əsasında Ani Gevorqyanın azadlığa buraxılması ilə bağlı siyasi qərar mövcuddur.

Həmçinin əlavə olunub ki, partiyanın digər üzvləri arasında adı çəkilən iş üzrə həbs olunan digər 6 nəfərlə bağlı hələlik qərar yoxdur.

Xatırladaq ki, 1 fevral tarixində Ani Gevorqyan saxlanılıb və onun saxlanılmasına səbəb kimi onun İqtisadiyyat Nazirliyinin elan etdiyi tenderlərdən birində “Synergy” şirkətinin əməkdaşı kimi iştirak etməsi göstərilib. Bunun ardınca isə elə həmin gün Gevorqyan 2 ay müddətinə həbs edilib.**APA 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR