İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreya liderinin BU GÖRÜNTÜLƏRİ gündəm oldu - VİDEO

1250 30.01.2024 17:43 Dünya A A

Şimali Koreya lideri Kim Çen In döyüş təyyarələrini izləməsi gündəm olub. 

Musavat.com xəbər verir ki, döyüş təyyarələrinin təlimini izləyən Şimali Koreya liderinin sevinci kameralara düşüb.

Təyyarələrin manevrlərindən təəccüblənən Kim Çen Inın üz ifadəsi sosial mediada ən çox baxılan videolardan birinə çevrilib.

Qeyd edək ki, raket sınaqları ilə Koreya yarımadasında gərginliyi artıran Şimali Koreya sonuncu dəfə bazar günü Sinpo limanı yaxınlığına raket buraxıb. Bazar günü səhər baş verən atışla bağlı açıqlama verən Cənubi Koreya Baş Qərargahı (JCS) "Ordumuz Şimali Koreyanın təxribatlarını izləmək üçün ABŞ ilə sıx koordinasiyadadır" deyə açıqlama verib. Seulda yerləşən Yonhap xəbər agentliyi bildirib ki, bu, Şimali Koreyanın son bir həftə ərzində üçüncü qanadlı raket sınağıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR