İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreya döyüş başlığına malik yeni hipersəs sürətli raketini sınaqdan keçirib - FOTO

533 03.04.2024 20:27 Dünya A A

Şimali Koreya döyüş başlığına malik yeni orta və uzaqmənzilli hipersəs sürətli “Hwasong-16B” raketini uğurla sınaqdan keçirib.

Bu barədə KXDR-in Mərkəzi Teleqraf Agentliyi (KCNA) xəbər verir.

Bildirilir ki, buraxılışa Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib. Sınaqların məqsədi yeni raketin ümumi dizaynını və texniki xüsusiyyətlərini təsdiqləmək, həmçinin silah sisteminin etibarlılığını yoxlamaq olub.

Raketin sürəti, hündürlüyü və uçuş məsafəsi təhlükəsizlik baxımından məhdud olub. Nəticədə sursat 72,3 km yüksəklikdə 1000 km uçaraq Yapon dənizinə düşüb. Buraxılış Pxenyan yaxınlığındakı poliqonların birindən həyata keçirilib.

KCNA qeyd edir ki, sınaqlar digər ölkələrin təhlükəsizliyinə təhlükə yaratmayıb, buraxılış raketin manevr qabiliyyətini təsdiqləyib.

Yaponiya buraxılışa kəskin şəkildə etiraz edib. Ölkənin Müdafiə Nazirliyi Şimali Koreyanın bir sıra hərəkətlərinin, o cümlədən ballistik raketlərin buraxılışının Yaponiyanın, regionun və beynəlxalq ictimaiyyətin təhlükəsizliyini təhdid etdiyini vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR