İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreya ABŞ-ni hədələdi

720 26.05.2024 23:25 Dünya A A

"Şimali Koreya ordusu ölkənin suverenliyinə qarşı təxribatlarını davam etdirəcəkləri təqdirdə ABŞ və Cənubi Koreyaya qarşı tədbir görməyə hazırdır".

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikasının müdafiə nazirinin müavini Kim Qanq İl deyib.

Pxenyan rəsmi Seulun Şimali Koreyada təbliğat vərəqələri paylanmasını "psixoloji sui-qəsd" adlandırıb.

Bundan əlavə, bildirilib ki, Koreya yarımadasının sahillərində dəniz sərhədinin pozulması hallarının sayı artıb.

"Dəniz sərhədinin tez-tez pozulması təhlükəli nəticələrə gətirib çıxaracaq. Biz heç vaxt sərhəd xəttini keçməmişik. Biz artıq xəbərdarlıq etmişik ki, suverenliyimizi və təhlükəsizliyimizi qorumaq üçün lazımi hərbi tədbirləri görə bilərik", - Kim Qanq İl xəbərdarlıq edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR