İnsanlara hürriyət, millətlərə istiqlal!

Silahlı qarşıdurma - Fermerlər 11 nəfəri ÖLDÜRDÜ - VİDEO

1250 09.12.2023 17:03 Kriminal A A

Meksikanın Teskapilya şəhərində narkotik kartelinin üzvləri ilə fermerlər arasında silahlı insident baş verib.

Musavat.com xəbər verir ki, bu barədə “El Heraldo de Mexico” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində 14 nəfər ölüb.

Məlumata görə, insident silahlı şəxslərin yerli fermerlərdən pul tələb etməsindən sonra başlayıb. Belə ki, fermerlər pul ödəməkdən imtina edərək müqavimət göstərib və 11 cinayətkarı öldürüb. Eyni zamanda, hadisə nəticəsində üç fermer də həyatını itirib.

Bundan əlavə, dörd nəfər (hansı tərəfdən olduğu göstərilmir) güllə yarası alıb, daha iki nəfər isə itkin düşüb.

Fermerlər bir neçə cinayətkarın meyitini, eləcə də maşınlarını yandırıblar.

İlkin məlumata görə, ölənlərdən biri "Kloun" qruplaşmasının lideridir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR