İnsanlara hürriyət, millətlərə istiqlal!

Si Cinpinin “sürpriz” səfəri – Moskva narahat, Seul həyəcanda

689 09.06.2026 15:15 Dünya A A

"Çin-Şimali Koreya ittifaqı güclənir. Belə ki, Çin lideri Si Cinpinin 7 illik fasilədən sonra Şimali Koreyaya səfəri dünya mediasının diqqətini çəkib. Çünki Si Cinpinin bu il ilk xarici səfəri olmaqla yanaşı, bu onun Şimali Koreyaya 2-ci səfəri olacaq”.

Bu barədə Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Si Cinpin sonuncu dəfə 2019-cu ildə Şimali Koreyaya səfər etmişdi: “Bunun qarşılığında Şimali Koreya lideri Kim Çen In ötən ilin sentyabrında İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunan paradda iştirak üçün Çinə səfər etmişdi”.

Bəs bu yaxınlaşma regionda qüvvələr balansına necə təsir göstərə bilər?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi – ƏTRAFLI

Politoloq qeyd edib ki, Şimali Koreya son illərdə Kremllə də tərəfdaşlığı gücləndirib və bu Pekini narahat edir: "Bu il Şimali Koreya və Çin arasında Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin imzalanmasının ildönümüdür. Həmin sənəd iki ölkə münasibətlərinin təməlini təşkil edir. Tərəflər arasında siyasi və iqtisadi münasibətlər üst səviyyədədir. Çin Şimali Koreyanın əsas tərəfdaşı sayılır.

Şimali Koreya son illərdə müstəqil siyasət yürütməyə çalışsa da, Pxenyanın hər zaman Çinin dəstəyinə ehtiyacı var. Çünki Şimali Koreya ilə münasibətləri gərgin olan ölkələrin sayı çoxdur. Pxenyan xarici ticarətinin təxminən 90 faizi Çinlə həyata keçirilir. Digər tərəfdən Şimali Koreyaya ərzağın böyük hissəsi Çindən idxal olunur. İki ölkə arasında hərbi əməkdaşlıq mövcuddur. Şimali Koreya uranın zənginləşdirilməsi məqsədilə gərəkli təhcizatı Çindən əldə edir.

Buna baxmayaraq, Şimali Koreyanın son illərdə Kremllə də tərəfdaşlığı güclənib. Ölkə Rusiyanın Ukraynaya qarşı içğalçı müharibəsində Kremlə dəstək verib, hərbçilərini müharibəyə göndərib. Moskva isə bunun qarşılığında Şimali Koreyaya maliyyə ayırıb, ərzaq göndərib. Pekin Pxenyan-Kreml yaxınlığından narahatdır və Şimali Koreyanın yalnız Çindən asılı olmasını istəyir".

Elxan Şahinoğlunun fikrincə, Şimali Koreyanın nüvə ambisiyaları bölgə ölkələrini narahat edir: "Çinlə Şimali Koreya arasında strateji tərəfdaşlıq qonşu Cənubi Koreyada diqqətlə izlənilir. Çünki Seul hesab edir ki, Pekinin Pxenyanı dəstəyi Cənubi Koreyanın təhlükəsizlik maraqlarına problemlər yaradır. Eyni zamanda, ABŞ-la Cənubi Koreya arasındakı hərbi strateji müttəfiqlik Çinin maraqlarına ziddir”.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR