İnsanlara hürriyət, millətlərə istiqlal!

Seyran Ohanyan: “Azərbaycan sərhədlərimizə sürətlə çatdı”

1620 11.01.2023 16:59 Region A A

“Azərbaycan-Ermənistan sərhədi Azərbaycanın yaşayış məntəqələrindən çox uzaqdadır, lakin bizim yaşayış məntəqələrimizə olduqca yaxındır və onlar atəş mövqelərinin altındadır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Ermənistan parlamentində eyni adlı blokun parlament fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.

“Arxamızda insanlar, infrastrukturlar, insan məskənləri olmasına rəğmən, biz qorunmaq üçün təmas xəttindəki bütün strateji nöqtələri tez bir zamanda tuta bilmədik. İnfrastrukturu, yolu olmayan Azərbaycan isə tikinti potensialından tam istifadə edərək sürətlə burnumuzun dibinə qədər gəlib çatdı, sonra isə bütün yolları, infrastrukturları, mövqeləri tez bir zamanda möhkəmləndirməyi bacardı. Ermənistanın tikinti potensialından isə başqa istiqamətlərdə istifadə olunur”, - deyə Ohanyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR