İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə şahzadəsi ABŞ-yə uçub – Tramp da ona görə Ağ Ev üzərində qırıcı uçurub

590 19.11.2025 15:05 Dünya A A

Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman üçün Ağ Ev üzərində hava şousu ilə qala qəbulu təşkil edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, danışıqlar F-35 tədarükü və nüvə əməkdaşlığına yönəlib.

Bildirilir ki, Məhəmməd bin Salman Donald Trampla şəxsi görüş üçün Vaşinqtona gəlib. Danışıqlar qapalı qapılar arxasında keçirilir və geniş strateji məsələləri əhatə edir. Səfər ABŞ-ın xüsusi diqqətinin nümayişi ilə müşayiət olunub: rəsmi mərasim zamanı Amerika hərbi təyyarələrindən ibarət eskadrilya Ağ Ev üzərindən uçub.

Tərəflər F-35 qırıcı təyyarələrinin satışını da əhatə edə biləcək yeni müdafiə müqaviləsinin bağlanması imkanlarını müzakirə edirlər. Mülki nüvə sektorunda əməkdaşlıq perspektivləri və bölgədə sabitliyin gücləndirilməsi ilə bağlı məsələlər, o cümlədən Səudiyyə Ərəbistanı ilə İsrail arasında mümkün yaxınlaşma da müzakirə olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR