İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı klubları avrokuboklarda yarışacaqlar?- UEFA-dan açıqlama

1136 31.08.2023 21:12 İdman A A

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandr Çeferin Səudiyyə Ərəbistanı klublarının avrokuboklarda iştirak edəcəyi ilə bağlı iddialara cavab verib.

Sloveniyalı funksioner bunun mümkün olmadığını söyləyib.

“Səudiyyə Ərəbistanı klublarının avrokuboklara qatılacağı məsələsini bir media qurumu bizdən soruşmadan yayımladı. Çempionlar, Avropa və ya Konfrans Liqalarına yalnız Avropa klubları qatıla bilərlər”, - deyə A.Çeferin bildirib.

Qeyd edək ki, daha öncə Səudiyyə Ərəbistanı klublarının 2025-ci ildən avrokuboklarda yarışacağına dair xəbərlər yayılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR