İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı iqtisadiyyatı bu yolla diversifikasiya edir: 8 milyard dollar yatırıb...

668 13.06.2023 14:17 İqtisadiyyat A A

Səudiyyə Ərəbistanı 2022-ci ildə dünya oyun sektoruna 8 milyard dollar yatırım edib. Musvat.com Financial Times-a istinadən xəbər verir ki, ərəb ölkəsinin məqsədi dünya oyun biznesində lider mövqeyə yüksəlməkdir.

Səudiyyə hakimiyyəti iqtisadiyyatı diversifikasiya etmək, neft gəlirlərindən asılılığı azaltmaq üçün oyun və kiberidman sektoruna yatırım etmək qərarına gəlib. 2022-ci ilin yanvarında ölkədə sırf oyun biznesində fəaliyyət göstərmək üçün Savvy Gaming Group (SGG) adlı şirkət yaradılıb. Şirkət Səudiyyə Suveren Fonduna məxsusdur. Fondun rəhbəri, varis-şahzadə Məhəmməd ibn Salman Əl Səudun sözlərinə görə, şirkətin yaradılmasında məqsəd 2030-cu ilədək Səudiyyə Ərəbistanını dünya oyun və kiberidman mərkəzinə çevirməkdir.

Bu məqsədə nail olmaq üçün 2022-ci ildə Savvy Gaming Group Çinin VSPO və İsveçin Embracer Group şirkətlərində pay alıb, ABŞ-ın oyun istehsalçısı Scopely şirkətini əldə edib. Bundan əlavə, Səudiyyə Suveren Fondu ABŞ-ın Activision Blizzard, Fransanın Ubisoft şirkətlərinin, həmçinin Yaponiyanın oyun konolları istehsalçısı Nintendo-nun səhmlərini alıb.

Financial Times-ın hesablamalarına əsasən Ər-Riyad 2030-cu ilədək oyun biznesinə yatırımlar sayəsində ölkədə 39 min yeni iş yeri yaratmaq, bu sektorun ölkə ÜDM-dəki payını 1 faizə çatdırmağı hədəfləyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR