İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərxoş qazi maşınla adam vurub öldürüb

832 07.12.2022 11:25 Hadisə A A

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, dekabrın 6-da saat 21 radələrində 1997-ci il təvəllüdlü Nahid Məhərrəmov sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Sarvan Yaqubovu vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Araşdırma aparılır.

Qeyd edək ki, N.Məhərrəmov müharibə iştirakçısıdır, qazidir, idarə etdiyi avtomobil qardaşına məxsus olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR