İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərvər Bəşirlinin evinin 1-ci mərtəbəsi hazırdır! İş adamı dediyini edir! - VİDEO

2057 28.03.2023 12:30 Son xəbər A A

Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış iş adamı Səbahəddin Civələk Sərvər Bəşirliyə maşın hədiyyə etmiş, daha sonra da Bakıya gələrək, onunla görüşmüşdü. Görüşən zaman söz vermişdi ki, Sərvər Bəşirliyə iki mərtəbəli ev də inşa etdirəcək. Artıq bu proses başlayıb və evin ilk mərtəbəsinin daş və hörgü işləri tamamlanmaqdadır.

Qeyd edək ki, Azərbaycandan bir inşaat firması da könüllü olaraq bu xeyirxah işdə iştirak edir. Firma sahibləri hələlik adlarının açıqlanmasını istəmirlər və sadəcə, bu savaba ortaq olmaq istədiklərini bəyan edirlər.

Tikintini onlar icra edir, həm təmənnasız çalışır, həm də özləri vəsait qoyuluşunda iştirak edirlər. Prosesdə Yeni Müsavat Media Qrupunun rəhbərliyi də kordinator funksiyasını həyata keçirir.

Musavat.com-a eksklüziv açıqlama verən Sərvər Bəşirli iş adamı Səbahəddin Civələk bəyə və əməyi keçən hər kəsə təşəkkür edib.

Səbahəddin Civələk də tikinti prosesini yaxından izləyir və öz fikirlərini inşaatı aparan Azərbaycan firması ilə müntəzəm şəkildə bölüşür.

Musavat.com Sərvər Bəşirlinin evinin inşaatı ilə bağlı görüntüləri təqdim edir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR