İnsanlara hürriyət, millətlərə istiqlal!

Şərti sərhədlərdə “ətdən çəpər” siyasəti: Amerika, Arazdəyəndəki bayrağından xəbərin varmı?

2339 22.06.2023 17:05 Yazarlar A A

Bu gün, 22 iyunda Avropa İttifaqının Ermənistandakı guya “mülki monitorinq missiyası” və Avropa Parlamentinin deputatları Həkəri körpüsü tərəflərdə olublar. Əslində bunun anonsunu dünən vermişdilər. Hələ dəqiqləşdirilməmiş Azərbaycan-Ermənistan şərti sərhədində nə axtarır avropalılar, niyə bu qədər narahatdırlar?

Avropa İttifaqının Ermənistandakı missiyasısının məlumatına görə, qurumun Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin və Avropa Parlamentinin Təhlükəsizlik və Müdafiə Alt Komitəsinin rəhbəri Natali Loiseau Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki monitorinq missiyasının rəhbəri Markus Ritterin müşayiəti ilə Həkəri körpüsü yaxınlığındakı əraziyə baş çəkiblər. Onlar bu yaxınlarda silahlı insident baş verən yerdə avropalı müşahidəçilərin işi ilə tanış olublar.

93d13f7c-3930-4735-b86c-07966c7d88c7.jpg (93 KB)

Həm Dığ kəndi yaxınlığında, həm Zod mədəni tərəflərdə, həm də elə 15 iyunda Həkəri körpüsü üzərində bayrağımızı asan sərhədçimizə erməni snayper tərəfindən atəş açılması zamanı avropalılar oralarda olmuşdular. Düzdür, özlərini xəbərsiz kimi göstərdilər, amma buna kim inanar? Ermənilərin az qala kütləvi şəkildə Aİ müşahidəçilərindən narazı qaldıqları görüntüsünü yaratmaları da bir oyundur. Əks təqdirdə narazı qaldıqlarının sayını niyə çoxaldırlar ki? Hələ Avropa Birliyi növbəti heyətin Ermənistana göndərilməsinə tədarük görür. Belə getsə, Rusiyanın Gümrüdəki hərbi bazasının şəxsi heyətinin sayı qədər emissary daşınacaq Ermənistana.

d2e2cf66-5cbf-4eae-b13f-118b9d7129b2.jpg (76 KB)

Diqqət edin, Ermənistan Arazdəyən istiqamətində ABŞ-a məxsus şirkətin metallurgiya zavodu tikməsinə şərait yaradıb. Burada məkrli niyyətlərdən biri də Kərki kəndini Amerika şirkətindən “o tərəfdə” – İrəvan istiqamətində gizlətməkdir. Əks təqdirdə, hələ təməli qoyulan zavodun betonları qarşısında Ermənistan və ABŞ bayraqlarını yanaşı qaldırmazdılar. Düşünürlər ki, Amerika bayrağını görən Azərbaycan özünün tarixi ərazilərindən imtina edəcək, geri çəkiləcək. Ay siz öləsiniz!!! Ona qalsa, 30 illik işğal dönəmində Qarabağda o qədər ölkənin şirkətləri qanunsuz işlərlə məşğul oldular ki…Azərbaycan ordusu ildırımsürətli əməliyyatlara başlayan kimi bayraqlarını da götürüb, aradan çıxdılar. Sonuncusu Ağdərədəki mis və molobden mədənlərində sülənən əcnəbilər oldu. Hələ Zod qızıl mədənini demirəm, əsgərimiz hərəkətə keçəndən sonar izləri-tozları yoxdur nə ermənilərin, nə onlara bayraqları, şirkətləri, texnikaları ilə havdarlıq edənlərin. Arazdəyən təxribatında payçı olanlar da buradan qazanclı çıxmayacaqlar, əmin olsunlar! Yaxşı olar ki, ABŞ kimi ciddi dövlət onun bayrağını Kərki kəndinin qarşısında asan Ermənistana yerini göstərsin, mövqeyini bildirsin! İnanmaq olmur ki, bu məsələdə Amerikanın Ermənistanla ciddi anlaşması var. Düzdür, ABŞ çox istərdi ki, Arazdəyəndən başlayan, Horadizəcən uzanacaq dəmir yolunun üzərində öz “post”unu qursun. Həmçinin İrana yaxın ünvanda nəzarət məntəqəsinin olmasını çox arzulayırdı. Eyni zamanda Rusiyanın Ermənistandan sıxışdırılması planının tərkib hissəsi də saymaq olar bu zavod söhbətini. Amma axı, ABŞ ciddi dövlətdir, havaya qara bulud gələn kimi, dərhal vətəndaşlarına müraciət edir: Azərbaycana və ya Ermənistana səfər etməyin! İndi necə olur ABŞ çox həsass bölgədə, demək olar ki, günaşırı atəş səslərinin eşidildiyi, erməni ordusunun davamlı şəkildə təxribatlara əl atdığı Arazdəyəndə zavod tikmək eşqinə düşdü?! Heç bir ağıllı investor gərginliyin hökm sürdüyü bölgəyə yatırım qoyub, özünü və kapitalını riskə atmaz. Metallurgiya zavodunun tikintisində hind fəhlələrin çalışması da işin nə qədər qondarma olduğunu göstərir. Uzağı Qarabağın işğal illərində Azərbaycan ərazilərində qanunsuz işlər aparan “Hayastan fondu”na bənzər hansısa erməni uzantılı şirkətdir, ABŞ-ın bayrağının kölgəsində gizlənib. Odur ki, ABŞ məsələyə aydınlıq gətirməli, rəsmi münassbət bildirməli və Ermənistandakı səfirini Arazdəyənə göndərib, bayrağının həmin zavodun qarşısından götürülməsini təmin etməlidir, əgər ad-sanına, bayrağına hörmət edirsə…

2cd284d3-d548-4f32-81ec-8b3c37c7257d.jpg (50 KB)

Üstəlik, gələn həftə Vaşinqtonda ABŞ-ın moderatorluğu ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək. Ədalətli mövqe sərgiləmək niyyətində olan ölkə Azərbaycanın qulağının dibində zəhərli tullantılara rəvac verəcək zavod tikməz! Özü də hələ sərhədlər dəqiqləşdirilməyib, hələ Kərki o tərəfdə, Qazaxın kəndləri bu tərəfdə azad olunmayıb! Sərhəd müəyyən edilmədiyi halda, nə haray-həşirə düşüblər, biri zavod tikir, digərləri Qafanda baş konsulluq açır, o birilər də Həkəri körpüsünün qənşərində post qurur?

c33364a1-ef09-41ae-a21a-75f8123aa28d.jpg (148 KB)

Avropa Şurası Parlament Assambleyasında “Laçın dəhlizi vasitəsilə azad və təhlükəsiz girişin təmin edilməsi” mövzusunda bu günə təyin edilmiş müzakirə də absurddur. Nə haqla? Sizin nə ixtiyarınız var ki, Azərbaycanın daxili yollarını müzakirəyə çıxarırsınız? Bəlkə 30 ildən artıqdır kəsilmiş Zəngilan-Naxçıvan yolunun açılması və təhlükəsiz keçidi gündəliyə daxil edəsiniz, yaxud da separatçıların kəsdiyi Ağdərə-Kəlbəcər yolunu…

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR