İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərkisyanın partiyası: “Hökumət türklərin bütün proqramlarını həyata keçirir”  

882 25.09.2023 20:22 Region A A

 

“İndiki hakim komanda Ermənistanda hakimiyyəti ələ keçirmiş Türkiyə-Azərbaycan agentləri qrupudur”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu ifadə Ermənistanın müxalifətdə olan Respublika Partiyasının nümayəndəsi Qaqik Minasyana məxsusdur.

Minasyan Paşinyan iqtidarının “fəaliyyətsiz və səriştəsiz” ittihamları ilə razılaşmadığını bildirir. “Onlar çox effektiv şəkildə  hərəkət edərək, türk ağalarının bütün proqramlarını parlaq şəkildə həyata keçirdilər. Bunu onlardan başqa heç kim bu qədər gözəl həyata keçirə bilməzdi”, - deyə Minasyan söyləyib.

Erməni müxalifətçi Paşinyan iqtidarının son  hadisələr zamanı “müdaxilə etməmək” mövqeyini tutmasının təsadüfi olmadığını bildirib.

Revanşist siyasətçi Qarabağın təslim edilməsinin Türkiyə-Azərbaycan ittifaqının Paşinyana yeganə əmri olmadığını da deyib .

Onun sözlərinə görə, hazırda yerli müxalifətin qarşısında indi bir vəzifə durur. Bu da öncə indiki hakim komandanı hakimiyyətdən uzaqlaşdırmaq, sonra isə beş il əvvəl əllərində olan hər şeyi addım-addım bərpa etməkdən ibarətdir. “Biz bunu edəcəyik, buna mütləq nail olacağıq, amma ilk növbədə bu zibilləri (Paşinyanın komandası) qovmaq lazımdır”, - deyə revanşist Minasyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR